Свернуть поиск
Фид
Сардархан Маилов
поделился темой2 мар
🙏🇦🇿Aleksandr Kalyaninov (11 dekabr 1992, Bakı – 25 dekabr 2024, Aktau) !
Aleksandr Bakıda doğulub, Bakı Avropa Liseyində oxuyub. Uşaqlıqdan səmanı sevib, pilot olmağı arzulayıb. Bu arzunun arxasınca gedərək 2021-ci ildə Ukrayna Milli Aviasiya Universitetində aviasiya nəqliyyatı ixtisası üzrə magistr təhsilini başa vurub. O, sadəcə pilot deyildi — işinə ürəklə bağlı, məsuliyyətli və soyuqqanlı bir insan idi. 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yollarına məxsus Embraer 190 tipli təyyarə uçuş zamanı Rusiya istehsalı olan Pantsir-S1 zenit-raket kompleksi ilə vuruldu. Təyyarənin idarəetmə sistemləri sıradan çıxsa da, Aleksandr və kapitan İqor Kşnyakin son ana qədər mübarizə apardılar. Onlar təyyarəni Xəzər dənizi üzərindən Aktau istiqamətinə yönləndirərək sərnişinləri xilas etməyə çalışdılar. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi zamanı təyyarə yerə çırpıldı. Göyərtədə olan 67 nəfərdən 29 nəfərin sağ qalması onların göstərdiyi qəhrəmanlığın nəticəsidir. Aleksandr son nəfəsinə qədər öz vəzifəsinə sadiq qaldı. Mənim üçün Aleksandr Kalyaninov sadəcə bir pilot deyil, məsuliyyətin, cəsarətin və insanlıq borcunun simvoludur. Onun adı hər zaman hörmətlə anılacaq. Ruhun şad olsun.8 комментариев
12 раз поделились
155 классов
На этом пока всё
Войдите в ОК, чтобы посмотреть всю ленту
341
48
- Вопросы по ПДД РФ62464 подписчика
- Автовод со стажем20641 подписчик
- АЗЕРБАЙДЖАН ДУША КАВКАЗА🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿37659 подписчиков
- БАКУ9701 подписчик
- ☾✵ Mubariz İbrahimov - Official4448 подписчиков
Правая колонка